Azərbaycanda əsgərliyə çağırış yaşı dəyişdirilə bilər

Azərbaycanda əsgərliyə çağırış yaşı dəyişdirilə  bilər

"Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələr davam etdirildiyindən və bu sahədə gələcəkdə qanunvericilikdə dəyişikliklərin olduğu halda hərbi xidmətə çağırışla əlaqədar “Hərbi xidmət haqqında” əsasnaməyə yenidən baxıla bilər".

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, polkovnik Murad Həmidov “12 illik ümumi təhsilə keçidlə bağlı hərbi xidmətə çağırış yaşı dəyişdirilə bilərmi” sualına cavab olaraq bildirib.

Qeyd edək ki, Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları barədə müzakirələr aparılır. Eyni zamanda, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov bildirib ki, Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı qanunvericilikdə dəyişiklik ediləcək. 

Xəbər 548 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR