Azərbaycanda elmi fəaliyyət akkreditasiya olunacaq

Azərbaycanda elmi fəaliyyət akkreditasiya olunacaq

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətin akkreditasiyası üçün mexanizmlər hazırlanır.

Aktual.az-ın Trend-ə istinadla məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxış edən AMEA prezidenti Akif Əlizadə deyib.

A.Əlizadənin sözlərinə görə, mexanizmin hazırlanmasında əsas məqsəd dünya standartlarının Azərbaycan elmində tətbiq olunmasıdır.

Akademik qeyd edib ki, qarşıda qoyulan ən mühüm məsələlərdən biri tədqiqat universiteti statusunun müəyyənləşdirilməsi ilə bağlıdır:

"Hesab edirəm ki, tədqiqat universiteti elm və təhsilin inteqrasiyası üçün olduqca uğurlu bir modeldir. Hazırda AMEA-da tədqiqat universitetlərinə qoyulan tələblərin, standartların müəyyənləşdirməsi üçün xüsusi komissiya fəaliyyət göstərir”.
 
Aktual.az
Xəbər 225 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR