Azərbaycanda dövlət əmlakını özəlləşdirmək asanlaşdı

Azərbaycanda dövlət əmlakını özəlləşdirmək asanlaşdı

Artıq Azərbaycanda dövlət nəqliyyat vasitələri və avadanlıqlarının özəlləşdirilməsi üzrə hərraclarda iştirak etmək istəyən şəxslər hərraclara gəlmədən bu prosesdə iştirak edə biləcəklər.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bunu Əmlak məsələləri üzrə Dövlər Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.

Onun sözlərinə görə, bu, elektron hərraclar sisteminin yaradılması vasitəsilə mümkün olacaq.

R.Cəlilov deyib:

"Dövlət nəqliyyat vasitələri və avadanlıqlarının özəlləşdirilməsində iştirak etmək istəyən şəxslərin artıq hərraclara gəlməsinə ehtiyac qalmayacaq. Belə ki, onlar evlərində, işdə ola-ola da internet vasitəsiiə hərraclara qatıla biləcəklər".
 
Aktual.az
Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR