Azərbaycanda Dubaydan bəzi malların gətirilməsinə qadağa qoyulub

Azərbaycanda Dubaydan bəzi malların gətirilməsinə qadağa qoyulub

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Dubaydan (BƏƏ) bəzi məhsulların ölkəyə gətirilməsinə qadağa qoyub. 

Aktual.az xəbər verir ki, bu barədə Report-a "Camex” yerli karqo şirkətindən müştərilərinə ünvanladığı SMS müraciətində bildirilir.

Məlumata görə, DGK-nın qadağa qoyduğu məhsullar arasında ətirlər, "Power bank” (mobil cihazlar üçün rezerv enerji qurğuları), "Segway” (təkərli elektron hərəkət vasitəsi) və bir sıra başqa batareya tərkibli əşyalar var. 

"Bu vaxta qədər gətirirdik. Amma bir neçə dəfə gömrükdə mallarımızı saxladılar, ona görə də daha həmin məhsulları gətirmirik”, - deyə karqo şirkətinin əməkdaşları müştərilərə izah verirlər. 

Şirkət təmsilçisi qeyd edib ki, DGK bu qadağanı həmin məhsulların təhlükəli olması ilə əlaqələndirir.

Məsələ ilə bağlı DGK-dan bildirilib ki, Azərbaycana bütün malların gətirilməsi mövcud qanunvericiliklə tənzimlənir: 

"Əgər gətirilən mallar qanunvericiliyin tələblərinə uyğundursa, heç bir problem yoxdur”. 
Xəbər 629 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR