Azərbaycanda dolların məzənnəsi REKORD HƏDDƏ ÇATDI

Azərbaycanda dolların  məzənnəsi REKORD HƏDDƏ ÇATDI

Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 4-nə olan rəsmi məzənnəsini 1,6580 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir.

Aktual.az  Report-a istinadən xəbər verir ki, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,6580 AZN/USD olub.

Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-cü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axşama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,55% artması deməkdir.

Sabaha olan rəsmi məzənnə 1,6580 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı tarixi maksimum olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə ötən gün (1,6490 AZN/USD) qeydə alınıb. Bu gün də dolların məzənnəsi 1,6490 manatdır.
 
Aktual.az
Xəbər 488 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR