Azərbaycanda dollar təlaşı

Azərbaycanda dollar təlaşı

Şənbə günü Bakıda valyutadəyişmə məntəqələri valyuta satışını məhdudlaşdırıblar. “Bizdə dollar yoxdur”, deyə valyutadəyişmə məntəqəsi sahiblərindən biri bildirib.

Aktual.az Turan Agentliyinə istinadən xəbər verir ki, mübadilə məntəqələrinin siyahısında dolların manata nisbətdə məzənnəsi 0,01 artış göstərərək, satış 1 dollar = 1,07 manat, alış 1 dollar = 1,06 manat olub.

Analoji situasiyanı Meydan TV-nin əməkdaşı Sumqayıtda da müşahidə edib, "Pioner" marketinin və şəhərin giriş hissələrindəki valyutadəyişmə məntəqələrində dollar olmayıb. Kolxoz Bazarındakı valyutadəyişmə məntəqələrində 1 dollar = 1,07 manat, hətta bəzi yerlərdə 1,08 manata satılır.

Qeyd edək ki, mübadilə məntəqələri neftin bir barelinin 37 dollara qədər ucuzlaşmasından sonra manatın növbəti devalvasiyası haqqında güclənən şaiyələrlə əlaqədar təlaşa düşüb.

Bu ilin fevralında manatın ilk dəfə 35% devalvasiyasından sonra Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov neft qiymətlərinin 40 dollardan aşağı düşəcəyi təqdirdə növbəti devalvasiyanın ola biləcəyini bildirmişdi. 

Aktual.az

Xəbər 789 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR