Azərbaycanda DƏHŞƏT: ana və iki cavan oğlu öldü

Azərbaycanda DƏHŞƏT: ana və iki cavan oğlu öldü

İyunun 29-na keçən gecə Masallıda baş vermiş dəhşətli yol qəzasında vəfat edənlərin sayı 3-ə çatıb.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, "VAZ" markalı minik avtomobilinin "Shacman" markalı yük maşınına çırpılması nəticəsində ağır xəsarət alan 26 yaşlı Mahir Bayramov xəstəxanada keçinib.

Qeyd edək ki, Mahir Bayramovun qardaşı - avtomobili idarə edən Elmin Bayramovla anası Reyhanə Abbasova hadisə yerində vəfat etmişdi.
 
Yük avtomobilində olan Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov və Bəhruz Qafarov isə ağır xəsarət alıblar. Onların həyatı üçün təhlükə qalmadığı bildirilib.
 
Aktual.az
Xəbər 601 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR