Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxub, 44 nəfər sağalıb

Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxub, 44 nəfər sağalıb

Azərbaycanda 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Aktual.az  xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin BayramlıNazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1942, 1944 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə 2 422nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 620 nəfər müalicə olunaraq sağalıb, 31nəfər vəfat edib, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 188 950 test aparılib".
Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR