Azərbaycanda çörək bahalaşıb? - Açıqlama

Azərbaycanda çörək bahalaşıb?   - Açıqlama

Azərbaycanda çörəyin qiymətinin qalxması ilə bağlı məlumatlar yayılıb.

Sosial şəbəkələrdə yer alan xəbərlərə əsasən, işıq pulunun bahalaşması çörəyin qiymətinə təsir göstərib. Bu səbəbdən çörəyin qiymətinin 10 qəpik bahalaşdığı bildirilir. 

Hazırda bəzi mağazalarda 40 qəpiklik zavod çörəyinin 50 qəpiyə satıldığı yer alan məlumatlar sırasındadır.

Aktual.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, onlarda bu barədə məlumat yoxdur. 

A.Əliyevin sözlərinə görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə çörəyin bahalaşması barədə məlumat daxil olmayıb.

“Hazırda bizdə bu barədə məlumat yoxdur. Məlumat daxil olarsa, səbəbləri araşdırılacaq”, deyə A.Əliyev vurğulayıb.

Xəbər 752 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR