Azərbaycanda xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə cərimələr 60 dəfəyədək artırılaraq 30 min manatadək yüksəldilir.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bu məsələ yeni hazırlanan İnzibatı Xətalar Məcəlləsinin layihəsinə daxil edilib.
Hazırkı məcələyə əsasən, qanunsuz olaraq, özəl tibbi fəaliyyətlə məşğul olanlar üçün 300 manatdan 500 manatadək məbləğdə cərimə tətbiq edilir.
Yeni layihəyə görə, lisenziyasız özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər 2000 manatdan 3000 manatadək, vəzifəli şəxslər 5000 manatdan 10 000 manatadək, hüquqi şəxslər 20 000 manatdan 30 000 manatadək cərimələnəcəklər.