"Azərbaycanda bu il arıçılıq məhsulları bol olacaq" – Assosiasiya sədri


"Bu il Azərbaycanda arıçılıq məhsulları bol olacaq. Ötən il 3 min tondan çox bal olub.  Bu il isə 5 min tondan çox bal gözləyirik”.

Bu barədə "Report”a Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov məlumat verib.
Onun sözlərinə görə, qış mövsümündə arı ailələrinin sayında azalma olmayıb: "Arı ailələrinin sayında artım var. Bu il 590 min arı ailəsi qeydə alınıb. Keçən il isə bu göstərici 300 mindən çox olmuşdu”.
B.Həsrətov vurğulayıb ki, arıçılıq məhsullarının istehsalı artsa, ixracla bağlı daha çox işlər görüləcək: "İxracın genişlənməsi üçün daxili istehsal artmalıdır”. 
Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR