Azərbaycanda bir gündə altı nəfər yol qəzasında öldü

Azərbaycanda bir gündə altı nəfər yol qəzasında öldü

Mayın son günündə Azərbaycanda baş vermiş yol qəzalarında 6 nəfər ölüb.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, dünən ölkə ərazisində ümumilikdə 7 yol qəzası qeydə alınıb. Nəticədə vəfat edən 6 nəfərdən başqa daha 5 nəfər də xəstəxanaya yerləşdirilib.

Ölümlə nəticələnən qəzalardan ən ağırı Qaxda qeydə alınıb. Burada avtomobilin ağaca çırpılması iki nəfərin ölümü, iki nəfərin isə xəsarət almasına səbəb olub. Digər ağır qəzalar isə Ağstafa, Lənkəran, Binəqədi və Nərimanov rayonlarında baş verib.

Aktual.az
Xəbər 248 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR