Azərbaycanda bir ayda 700-dən çox POS-terminal sıradan çıxıb

Azərbaycanda bir ayda 700-dən çox POS-terminal sıradan çıxıb

POS-terminallar vasitəsilə aparılan əməliyyatların həcmi 39 milyon manat olub.

2016-cı ilin iyulun 1-nə Azərbaycanda obyektlərdəki POS-terminalların sayı 73 min 222 ədədə çatıb. Bu may ayınının yekunları ilə müqayisədə 723 ədəd və ya 0,97% azdır. 

Bu barədə Aktual.az  Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. 

O cümlədən pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində POS-terminalların sayı isə bir ayda 72 min 636 ədəddən 71 min 898 ədədə düşüb. Bu isə bir ayda 1,01% azalma deməkdir. 

Cəmi POS-terminallardan 42 min 63 ədədi (ilin əvvəlindən azalma 14,05%) Bakıda, 31 min 159 ədədi (ilin əvvəlindən azalma 0,63%) isə regionlarda quraşdırılıb. 

Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR