Azərbaycanda bank satışa çıxarılır

Azərbaycanda bank satışa çıxarılır

Türkiyənin "Ziraat Bankası” Azərbaycanda tərəfdaşlıq etdiyi bankı satışa çıxarır.

Aktual.az-ın məlumatına görə, "Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə "Ziraat Bankası”nın baş direktoru Hüseyn Aydın Türkiyədə keçirdiyi mətbuat konfransında deyib. 

Direktorun sözlərinə görə, Azərbaycanda ortaq olduqları bankı satmağı düşünürlər. 
H.Aydın "Tərəfdaşlıqdan yavaş-yavaş çəkilməyi və bankı Azərbaycan Maliyyə Nazirliyinə satmağı düşünürük. Yaxın günlərdə satışın tamamlanması planlaşdırılır”, - deyib.

Qeyd edək ki, "Ziraat Bankası”nın Azərbaycanda "Azər-Türk Bank”da səhmləri mövcuddur.
Ölkədəki "Ziraat Bank Azərbaycan” isə tam olaraq Türkiyənin "Ziraat Bankası”na məxsusdur.
 
Aktual.az
Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR