Azərbaycanda balıq ovuna görə ödənişin qiymətləri müəyyənləşdirilib - SİYAHI

Azərbaycanda balıq ovuna görə ödənişin qiymətləri müəyyənləşdirilib - SİYAHI

2019-cu ildə su bioresurslarından sənaye, əmtəə məqsədilə akvakultura, təhsil, maarifləndirmə məqsədilə balıq ovuna görə Azərbaycan və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün ödənişin qiymətləri müəyyən edilib.

ONA-nın xəbərinə görə, Azərbaycan vətəndaşları üçün 1 ton kilkə üçün 50 manat, 1 ton siyənək üçün 125 manat, 1 ton kefal üçün 100 manat, 1 ton çapaq üçün 100 manat, 1 ton külmə üçün 100 manat, 1 ton çəki üçün 200 manat, 1 ton xəşəm üçün 250 manat, 1 ton sıf üçün 200 manat, 1 ton xərçəngkimilər üçün 250 manat, 1 ton şamayı üçün 250 manat, 1 ton qarasol üçün 100 manat və 1 ton kütüm üçün 250 manat ödəniş müəyyənləşdirilib.
Xarici vətəndaşlar üçün isə bu qiymətlərin iki qatı müəyyən olunub.
Xəbər 228 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR