Azərbaycanda altı mindən çox əcnəbiyə iş vizası verilmədi

Azərbaycanda altı mindən çox əcnəbiyə iş vizası verilmədi

2016-cı ilin dekabrın 1-nə Dövlət Miqrasiya Xidməti tərəfindən rəy verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 11271 müraciət daxil olub.

Nazirlikdən Aktual.az-a verilən məlumata görə, onlardan 6259-u yeni, 5012-si isə ötən illər ərzində verilmiş iş icazələrin müddətlərinin uzadılması ilə bağlı olub.

"Daxil olmuş müraciətlərə baxılıb və ümumilikdə 4437 nəfər olmaqla, 2495 nəfərə iş icazəsi verilməsi, 1942 nəfərin isə iş icazələrinin müddətlərinin uzadılması məqsədəuyğun hesab edilib. 

6834 əcnəbiyə iş icazəsi verilməsi məqsədəuyğun hesab edilməyib”, - deyə məlumatda qeyd olunub.

Aktual.az
Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR