Azərbaycanda 5 gün iş olmayacaq

Azərbaycanda 5 gün iş olmayacaq

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə əlaqədar qeyri-iş günü olacaq.

Müvafiq olaraq 2016-cı ilin 2 və 3 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Yeni ildə 5 gün qeyri-iş günü olacaq. 6 günlük qrafiklə işləyənlər üçün 4 gün, 5 günlük qrafiklə işləyənlər üçün 5 gün tətil olacaq.

Xəbər 651 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR