Azərbaycanda 1,85 milyon manata əmlak özəlləşdirilməyə çıxarılacaq

Azərbaycanda 1,85 milyon manata əmlak özəlləşdirilməyə çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 17-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək. 

Bu barədə Aktual.az-a komitədən bildirilib.

Hərraca ümumilikdə 72 əmlak çıxarılıb ki, bunun 20-si səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 30-u istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikilidir.

Hərracda ən yüksək qiymət paytaxtın Sabunçu rayonunda yerləşən və 60 011 kv.m. torpaq sahəsi olan Yardımçı təsərrüfata təyin olunub. Adıçəkilən əmlak 1 milyon 85 min manata təklif olunur. 

Nərimanov rayonunda yerləşən 7 saylı mağazaya 650 min manat, Şəki Barama Toxumu zavodu 485 min manat, Sumqayıtda yerləşən "Dalğa” kiçik müəssisəsi isə 306 min manat start qiyməti ilə hərraca çıxarılıb.

Özəlləşdirilməyə çıxarılan dövlət müəssisələri və kiçik obyektləri sırasında Şəmkir Balıq Zavodu, mağazalar, yanacaqdoldurma məntəqələri, anbar sahələri, tikiş fabriki və texniklər evi kimi əmlaklar var.
 
Aktual.az
Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR