Azərbaycana qanunsuz gətirilən 23 ədəd mobil telefon aşkarlandı

Azərbaycana qanunsuz gətirilən 23 ədəd mobil telefon aşkarlandı

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes-Benz C 230" markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK-dan Aktual.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 548 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR