Azərbaycana pul köçürmələri kəskin azalıb

Azərbaycana pul köçürmələri kəskin azalıb

Cari ilin 9 ayında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34,7%, 2014-cü ilin ilk 3 rübünə nisbətən isə 49,4% azalıb.

Aktual.az  xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-sentyabr ayları üçün nəzərdə tutulmuş pul siyasəti icmalında bildirilib.

İcmala əsasən, 2016-cı ilin ilk 9 ayı ərzində ölkəyə xaricdən 586 milyon dollar məbləğində pul köçürmələri olub. Bu rəqəm ötən ilin anoloji dövründə 897 milyon, 2014-cü ildə isə 1 milyard 159 milyon dollar təşkil edib. 

Pul baratlarının azalması Azərbaycanla başlıca tərəfdaş ölkələrdə iqtisadi aktivliyin zəif olması ilə izah edilir.
 
Aktual.az  
Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR