Azərbaycana gətirilən keyfiyyətsiz dərmanlar məhv edildi – FOTO

Azərbaycana gətirilən keyfiyyətsiz dərmanlar məhv edildi – FOTO

İnsan sağlamlığına ziyanlı olan külli miqdarda dərman preparatları yandırılıb.

Dövlət Gömrük Komitəsindən Aktual.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən amillərin aradan qaldırılması məqsədilə həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində külli miqdarda dərman vasitələri, qida əlavələri aşkar edilərək ekoloji poliqonda məhv edilib.
Məhv edilən dərman preparatlarının və bioloji aktiv maddələrin Azərbaycan Respublikasında qeydiyyatda olmadığı, keyfiyyət normativlərinə cavab vermədiyi müəyyən edildiyindən Səhiyyə Nazirliyinin "Analitik Ekspertiza Mərkəzi" MMC tərəfindən topdan satışa buraxılmasına qadağa qoyulub.
"Qırxbulaq" MMC, "Zeytun pharmacuticals" MMC, "Centrum pharma" MMC, "Alfa-N company" MMC, "NP" MMC, "Stomdent" MMC, "Amex" MMC, "Asfarma dərman sənaye LTD ŞTİ" MMC firmaları tərəfindən müxtəlif vaxtlarda gətirilən həmin dərman vasitələriümumilikdə 15863.40 ABŞ dolları, 2218822.88 Rus rublu, 25065.02 Avro dəyərində olub.
Azərbaycana gətirilən keyfiyyətsiz dərmanlar məhv edilib | Foto qalereya
Azərbaycana gətirilən keyfiyyətsiz dərmanlar məhv edilib | Foto qalereya
Azərbaycana gətirilən keyfiyyətsiz dərmanlar məhv edilib | Foto qalereya
Xəbər 229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR