"Azərbaycana gələn ərəblərin sayı çoxalıb" - Nazir


Azərbaycana gələn turistlərin sayı çoxalıb.


Aktual.az azvision.az-a istinadən bildirir ki, bunu "ASAN radio"nun "Qəbuldasan" verilişində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, turistlərin sayının artmasında həm də viza verilməsi prosedurunun sadələşdirilməsidir:

"Ərəblər əvvəllər Azərbaycana kütləvi gələ bilmirdilər. Azərbaycan Prezidenti İlham Əliyevin vizaların yüngülləşdirilməsi ilə bağlı müvafiq sərəncam imzaladı. Bundan sonra ərəblərin Azərbaycana gəlməsi kütləvi hal aldı.

Qeyd edim ki, xüsusi ilə Birləşmiş Ərəb Əmirliklərindən bir ay ərzində Azərbaycana gələn ərəblərin sayı keçən il ümumi gələnlərin sayından dəfələrlə çoxdur".

Nazir əlavə edib ki, bu il İran və Rusiyadan da Azərbaycana gələn qonaqların sayı artıb.

Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR