Azərbaycana corabda qızıl gətirmək istədi

Azərbaycana corabda qızıl gətirmək istədi

Faktla bağlı araşdırma aparılır.

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. 

Bu barədə DGK-nin mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı həmin vətəndaşın ayağındakı corablardan 1 ədəd cib saatı qabı, 2 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 cüt sırğa, 2 ədəd sırğa tayı və 1 ədəd sırğa tayının keçirmə hissəsi olmaqla, ümumi çəkisi 87,39 qram olan qızıl məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Aktual.az

Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR