"Azərbaycan özünü taxılla tam təmin edə biləcək"


Azərbaycan yaxın vaxtlarda özünü ərzaq taxılı ilə tam təmin edə biləcək.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib

Onun sözlərinə görə, məqsəd Azərbaycanı təkcə taxılla deyil, həm də kənd təsərrüfatı məhsullarının digər növləri ilə təmin etməkdən ibarətdir: "Ölkəni taxılla hələ 100 faiz təmin edə bilmirik və onun müəyyən hissəsi idxalın payına düşür".

İ.Quliyev Kənd Təsərrüfatı Nazirliyinin atdığı zəruri addımlar qismində aqrotexniki tədbirləri, gübrə və pestisidlərin 70 faizlik endirimlə verilməsini, sahibkarların zəruri texnika ilə təmin edilməsini və s. göstərib: "Bütün bunlar deməyə imkan verir ki, Azərbaycan yaxın vaxtlarda özünü ərzaq taxılı ilə tam təmin edə biləcək".

Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR