Azərbaycan XİN-dən sərt açıqlama

Azərbaycan XİN-dən sərt açıqlama

"Ermənistan rəsmilərinin atəşkəs rejimi, regional əməkdaşlıq və münaqişənin həlli barəsində söylədikləri fikirlər yalnız gülüş və ikrah doğurur".

Aktual.az  bildirir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın dediklərini şərh edən XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: 

"Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü siyasət tamamilə məntiqə zidd xarakter daşıyaraq, sivil və etik davranış qaydalarından kənardır. Hərbi diktatura və səhra komandiri təfəkkürünə əsaslanan bu cür əməllər bütün region üçün təhlükə mənbəyidir. Rəsmi Yerevanın hərbi diktatura rejiminin militarist siyasətinin daha bir nəticəsidir ki, Ermənistan bu gün özünütəcrid, dərin siyasi, iqtisadi və demoqrafik böhran şəraitindədir. 

Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistan tərəfinin atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam etməsi və digər təxribatçı əməllər törətməsi rəsmi Yerevan rejiminin əsl mahiyyətinin növbəti sübutudur. 

Bunların müqabilində Ermənistan rəsmilərinin atəşkəs rejimi, regional əməkdaşlıq və münaqişənin həlli barəsində söylədikləri fikirlər yalnız gülüş və ikrah doğurur".

Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR