Azərbaycan XİN ABŞ-dakı terroru pislədi

Azərbaycan XİN ABŞ-dakı terroru pislədi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-da baş verən terror aktı ilə əlaqədar başsağlığı verib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.

H. Hacıyev ötən gün ABŞ-ın Orlando şəhərində çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınadıqlarını deyib: “Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda terror aktı törədilib. Nəticədə 50 nəfər ölüb, 53 nəfər yaralanıb. İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR