"Azərbaycan və Rusiya strateji tərəfdaşdır"


Rusiyalı Baş nazir Dmitri Medvedev qeyd edib ki, ötən il iki ölkə arasında mal dövriyyəsinin həcmi azalıb. Lakin onun sözlərinə görə, bu, ölkələrin bir-birinə tədarük etdiyi malların qiymətlərindəki dəyişikliklə bağlı olub: "Bununla belə, bir sıra layihələri canlandırmaq mümkündür".

Aktual.az Trend-ə istinadən bildirir ki, D.Medvedev Azərbaycan Prezidenti İlham Əliyevə bu məsələni, eləcə də humanitar məsələləri müzakirə etməyi təklif edib.

***

"Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə strateji tərəfdaşdırlar".

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Baş naziri Dmitri Medvedev Bakıda Azərbaycan Prezidenti ilə geniş tərkibli görüşdə deyib.

Baş nazi bildirib: "Allaha şükür, münasibətlərimizin palitrası, əlaqələrimiz yalnız problemlərdən keçmir, münasibətlərimizin böyük təbəqəsi var və burada bizim çox irəli getmiş əməkdaşlığımız, strateji təərfdaşlığımız var, eləcə də iki ölkə iqtisadiyyatının daha sinxron işləyərək yaxşı effektə çatması üçün əlavə səylər göstərmək imkanı mövcuddur".

Xəbər 524 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR