Azərbaycan və İran arasında imzalanmış sənədlər təsdiq edildi

Azərbaycan və İran arasında imzalanmış sənədlər təsdiq edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmış İcra Proqramının (2016-2019) təsdiq edilməsi haqqında fərman imzalayıb.

Aktual.az  AZƏRTAC-a istinadən bildirir ki, fərmanda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi bu İcra Proqramının müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə İcra Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Dövlət başçısı Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.

Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR