Azərbaycan və Çin arasında 2 sənəd imzalandı

Azərbaycan və Çin arasında 2 sənəd imzalandı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Çin Milli Neft Korporasiyası (CNPC) neft-qaz və neft-kimya sahələrində Anlaşma Memorandumu imzalayıblar.

Aktual.az Trend-ə istinadən bildirir ki, sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Çin Milli Neft Korporasiyasının vitse-prezidenti Vanq Şi Honq imzalayıblar.

İmzalanma Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin Bakıya səfəri çərçivəsində baş tutub.

Həmçinin Azərbaycan və Çin hökumətləri arasında texniki-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və Çin Kommersiya Nazirliyinin beynəlxalq ticarət danışıqlarında nümayəndəsi, Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Cun Şan imzalayıblar.

Sənədlərin imzalanması mərasimində Azərbaycanın Baş naziri Artur Rasizadə, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini C.Qaoli iştirak ediblər.

Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR