Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü olub – FOTO

Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü olub – FOTO

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşüb.

"Report”un yerli bürosu xəbər verir ki, görüş Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidəki üçtərəfli görüşü çərçivəsində baş tutub.
XİN başçıları Azərbaycan-Gürcüstan münasibətləri, iki ölkənin iştirakı ilə həyata keçirilən layihələr, əməkdaşlığın gələcək perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Bundan öncə D.Zalkaliani Türkiyənin xarici işlə naziri Mövlud Çavuşoğlu ilə görüş keçirib.


Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR