Azərbaycan UNESCO-nun festivalında təmsil olunacaq

Azərbaycan UNESCO-nun festivalında təmsil olunacaq

UNESCO-nun Litvada keçirdiyi festivalda Azərbaycanı xanəndə Könül Məmmədli, Ədalət Behbudov (tar) və Pərviz Fərhadov (kamança) təmsil edəcəklər.

Aktual.az "AZƏRTAC”a istinadən xəbər verir ki, təmsilçilərimiz iyulun 12-də yola düşəcəklər.

Festival iyulun 13-dən 16-dək davam edəcək. Festivalda Azərbaycan, Bolqarıstan, Estoniya, Gürcüstan, İspaniya, Xorvatiya, Latviya, Litva, Makedoniya və Ukrayna təmsilçiləri iştirak edəcəklər.

Qeyd edək ki, xanəndə Könül Məmmədli muğam televiziya müsabiqəsinin laureatı, həmçinin Azərbaycan Milli Konservatoriyasının tələbəsidir. Ədalət Behbudov respublika və beynəlxalq müsabiqələr qalibidir. Hazırda Bakı Humanitar Kollecində müəllim vəzifəsində çalışır. Pərviz Fərhadov da respublika və beynəlxalq müsabiqələr qalibidir. Hazırda Azərbaycan Milli Konservatoriyasının və Respublika İncəsənət Gimnaziyasının müəllimidir.

Xəbər 886 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR