Azərbaycan Ukraynaya avans ödədi

Azərbaycan Ukraynaya avans ödədi

"Azərbaycanla bağlanmış müqavilə çərçivəsində Ukrayna artıq ilk An-178 təyyarəsinə görə avans alıb".

Aktual.az  Trend-ə istinadən bildirir ki, bu barədə Ukrayna baş nazirinin müavini Gennadi Zubko deyib.

Nazir qeyd edib: "10 təyyarənin alınması ilə bağlı müqaviləmiz var. Həmçinin, iyun ayında iki təyyarənin təhvil verilməsi ilə bağlı avans da ödənilib. Biz Azərbaycan tərəfinə maliyyələşməni həyata keçirdiyi üçün minnətdarıq".

Onun sözlərinə görə, "Antonov" təyyarələrinin alınması üçün Türkmənistan, Qazaxıstan və digər ölkələrdən də real təklif var.

Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR