Azərbaycan turizm sahəsində inkişaf edən ölkələr sırasında - REYTİNQ

Azərbaycan turizm sahəsində inkişaf edən ölkələr sırasında - REYTİNQ

Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Ümumdünya Turizm Təşkilatı (UNWTO) Azərbaycanı turizm sənayesi ən sürətlə inkişaf edən ölkələrin ilk "20-liy”inə daxil edib.

Aktual.az "Report”a istinadən xəbər verir ki, Azərbaycan siyahıda 18-ci yeri tutub, ölkədə turizm sənayesindəki artım 11,4% təşkil edib.
"TOP-10”da Myanma (artım - 40,2%), Puerto Riko (31,2%), İran (27,9%), Özbəkistan (27,3%), Monteneqro (21,4%), Misir ( 1,1%), Vyetnam (16,2%), Filippin adaları (15,1%), Maldiv adaları (14,9%) və Baham adaları (14,6%) yer alıb.
UNWTO-nun məlumatına görə, ümumilikdə ötən il planetin sakinləri 1,5 milyard xarici səfər həyata keçirib, bu da 2018-ci ildəkindən 4% çoxdur. Fransa ən cəlbedici ölkə olub: 90 milyondan çox turist oranı ziyarət edib.
Xəbər 988 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR