Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 240 mln. dollar investisiya qoyub

Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 240 mln. dollar investisiya qoyub

Azərbaycan 2018-ci ildə Gürcüstan iqtisadiyyatına 240 mln. ABŞ dolları məbləğində investisiya qoyub. 


"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

Sənəddə deyilir ki, xarici investisiyalarda Azərbaycanın payı 19,5% təşkil edib və ölkəmiz 2015-ci ildən etibarən "Gürcüstanın bir nömrəli investoru" adını qorumaqdadır. 

Bununla belə, 2017-ci illə müqayisədə Azərbaycanın qonşu ölkənin iqtisadiyyatına yatırdığı investisiyaların məbləğində 1,9 dəfə və yaxud 48,3% azalma qeydə alınıb. 

Azərbaycandan sonra Gürcüstana ən çox sərmayə qoyan ölkələr Böyük Britaniya ( 203,7 mln. dollar) və Niderland (167,9 mln. dollar) olub. 

Ötən il Gürcüstanda xarici investisiyaların ümumi məbləği 1 232,4 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 34,9% azdır. Azalmanın əsas səbəbləri boru kəməri layihəsinin başa çatdırılması, bəzi şirkətlərdə mülkiyyət hüququnun qeyri-rezidentdən rezidentə transferi və qeyri-rezident birbaşa investorların öhdəliklərinin azalmasıdır.

Hesabat dövründə Gürcüstanda ən çox sərmayə yatrılan sahələrin ilk üçlüyünə maliyyə (277,9 mln. dollar), nəqliyyat (209,9 mln. dollar) və energetika (157,2 mln dollar) sektorları daxil olub. 

Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR