Azərbaycan tamaşaçıları "Avroviziya"da ən yüksək xalı bu ölkəyə verib (SİYAHI)

Azərbaycan tamaşaçıları

"Avroviziya-2021" mahnı müsabiqəsində Azərbaycan tamaşaçıları televiziya səsverməsində ən yüksək xalı İsrailə verib.

Modern.az bu barədə "Avroviziya"nın rəsmi saytına istinadla xəbər verir.

Belə ki, Azərbaycan tamaşaçıları SMS səsverməsində İsrail təmsilçisinə 12 xal verib. 10 xal İtaliyaya, 8 xal Ukraynaya, 7 xal Norveçə, 6 xal Rusiyaya, 5 xal Finlandiyaya, 4 xal İsveçrəyə, 3 xal San Marinoya, 2 xal Fransaya, 1 xal isə Moldovaya verilib.

Xatırladaq ki, "Avroviziya 2021" mahnı müsabiqəsinin finalında Azərbaycandan olan münsiflər 12 xal Rusiyaya, 10 xal Yunanıstana, 8 xal Moldovaya, 7 xal Maltaya, 6 xal Ukraynaya, 5 xal İsveçə, 4 xal Fransaya, 3 xal Belçikaya, 2 xal Portuqaliyaya, 1 xal isə Bolqarıstana verib.

Qeyd edək ki, "Avroviziya 2021"də səsvermə iki mərhələdə keçirilib. Birinci mərhələdə iştirakçı ölkələrin peşəkarlardan ibarət münsiflər heyəti xal verib. İkinci mərhələdə isə ölkələr üzrə televiziya tamaşaçılarının göndərdikləri SMS-lərlə xal verilib. Münsiflərin verdikləri xallar ayrı-ayrı elan edilsə də, televiziya (SMS) səsvermənin nəticəsi ümumi elan olunub. Bu səbəbdən Azərbaycan və digər ölkə tamaşaçılarının hansı ölkələrə xal verdiyi canlı yayımda açıqlanmayıb.
Xəbər 548 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR