Azərbaycan taekvondoçusu dünya reytinqində birincidir

Azərbaycan taekvondoçusu dünya reytinqində birincidir
  • İDMAN

Ümumdünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Aktual.az  apasport.az-a istinadən xəbər verir ki, Bakıda keçiriləcək Qran-pri turnirinin final mərhələsi və komandalararası Dünya Kuboku ərəfəsində müəyyənləşən siyahı Azərbaycan millisi üçün uğurlu alınıb.

Belə ki, Olimpiya çəkiləri üzrə reytinq cədvəlinin "onluğ"unda 2 təmsilçimiz yer alıb. Rio-2016-nın bürünc medalçısı Milad Beiqi Harçeqani 80 kq çəki dərəcəsində 6-cıdır. Onun aktivində 241,23 xal var.
 
Millimizin heyətində ən yaxşı göstərici Radik İsayevə məxsusdur. Olimpiya çempionumuz +80 kq çəkidə bütün rəqiblərindən öndədir. Hesabında 486,02 xalı olan İsayev ikinci yerdə qərarlaşan Dmitri Şokini (Özbəkistan) 108,7 xal qabaqlayır.
 
Dünya reytinqinə gəlincə, Harçeqani və İsayevlə yanaşı, Ayxan Tağızadə (68 kq) və Fəridə Əzizova da yer alıblar. Onlar müvafiq olaraq, 10-cu və 9-cudurlar.
 
Siyahıda Harçeqanı (80 kq) 5-ci olduğu halda, İsayev 2 müxtəlif çəkidə fərqli mövqedədir. 87 kq-da 4-cü olan dünya çempionu +87 kq-da ikincidir.
 
Aktual.az
Xəbər 593 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR