AZƏRBAYCAN ŞƏRABLARI FRANSADA ŞÖHRƏT QAZANIB

AZƏRBAYCAN ŞƏRABLARI FRANSADA ŞÖHRƏT QAZANIB

Fransanın Gar departamentindəki XVIII əsrə aid möhtəşəm Klari qəsrində "Bəyaz gecələr” bayramı çərçivəsində yerli şərabçılıq akademiyası müxtəlif ölkələrdə istehsal olunmuş şərab növlərinin dequstasiyasını təşkil etmişdir.

AZƏRTAC-ın Parisdəki xüsusi müxbiri xəbər verir ki, Fransa, İspaniya, Avstraliya və Livan şərabları ilə yanaşı, mərasimdə Azərbaycanı ilk dəfə "Tovuz-Baltiya” şirkəti təmsil etmişdir. Şirkət dequstasiyaya "Bakı-Ceyhan” və "Nizami” şərabları göndərmişdir.

Peşəkar mütəxəssislər "Nizami” şərabının dad və keyfiyyətinə görə dequstasiya edilən bütün şərablardan çox yüksək olduğunu bildirmiş və ona birinci yeri vermişlər. İş adamları ölkəmizdə şərab istehsalına və "Nizami”nin tərkibinə xüsusi maraq göstərmişlər. Şirkətin direktoru Naiq Məmmədhəsənov onlara Azərbaycanda üzümçülüyün və şərabçılığın tarixi və istehsalı barədə qısa məlumat vermişdir.

N.Məmmədhəsənov AZƏRTAC-ın müxbiri ilə söhbət əsnasında demişdir:

- Avropada və eləcə də dünyada şərabçılığın beşiyi hesab edilən Fransada Azərbaycan şərabının belə yüksək qiymətləndirilməsi heç də təsadüfi deyildir. Ölkəmizdə üzümçülüyün və şərabçılığın özünəməxsus tarixi vardır. Sovetlər dövründə Azərbaycan həm də üzümçülük respublikası kimi dinamik surətdə inkişaf etmişdi. Azərbaycan müstəqillik qazandıqdan sonrakı illərdə Prezident Heydər Əliyevin rəhbərliyi ilə keçirilən aqrar islahatlar üzümçülüyün yenidən inkişafı üçün imkanlar açmışdır. Şirkətimiz Fransadan yüksək məhsuldarlığa malik, xəstəliyə, zərərvericilərə və quraqlığa davamlı tinglər, Almaniyadan gündəlik istehsal gücü 16 min butulka olan avadanlıq gətirmişdir. Fransa və İtaliyanın firmaları ilə sıx əlaqələr yaradılmışdır.

Aktual.az
Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR