Azərbaycan sentyabrda Ukraynadan 1 tona yaxın şəkər idxal edib

Azərbaycan sentyabrda Ukraynadan 1 tona yaxın şəkər idxal edib

 Azərbaycan cari ilin sentyabr ayında Ukraynadan 0,888 ton (888 kq) şəkər idxal edib.


Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Şəkər İstehsalçıları Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ukrayna istehsalçıları cari marketinq ilinin birinci ayında (sentyabr) ümumilikdə 11,1 min ton şəkər ixrac ediblər ki, bu da avqust ayı ilə müqayisədə iki dəfə azdır.

Bildirilir ki, bu göstəricinin 8 faizi Azərbaycanın payına düşüb. Ötən ay ən böyük şəkər idxalçısı isə Özbəkistan olub – 62 faiz. Həmçinin həmin rəqəmin 17 faizi Moldovanın, 8 faizi isə Tacikistanın payına düşüb.

 
Aktual.az
Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR