Azərbaycan şahmatçıları ermənilərə qalib gəldilər

Azərbaycan şahmatçıları ermənilərə qalib gəldilər
  • İDMAN

Yunanıstanda keçirilən şahmat üzrə milli komandalar arasında Avropa çempionatında 6-cı turun oyunları keçirilib.

Aktual.az-ın xəbərinə görə, Ermənistan yığması ilə qarşılaşan Azərbaycanın kişilərdən ibarət komandası 2,5:1,5 hesabı ilə qalib gəlib.
Birinci lövhədə Levon Aronyan ağ fiqurlarla Şəhriyar Məmmədyarova qalib gəlib. İkinci lövhədə Teymur Rəcəbov ağ fiqurlarla Sergey Movsesyandan üstün olub. Arkadiy Naydiç qara fiqurlarla Qabriel Sarkisyanla heç-heçə oynayıb. Qalib dördüncü lövhədə Rauf Məmmədli və Qrant Melkumyan arasında keçirilən oyunda müəyyənləşib. Rəqibindən üstün olan Rauf komandamıza qələbə qazandırıb.
Altı turdan sonra Azərbaycan yığması 9 xalla Xorvatiya ilə 3-4-cü yerləri bölüşdürür. İlk iki pillədə isə 10 xalla Rusiya və Macarıstan milliləri qərarlaşıb.
 
Aktual.az
Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR