Azərbaycan Rusiyaya ixracatını 4 dəfə artırdı

Azərbaycan Rusiyaya ixracatını 4 dəfə artırdı

Türkiyə ilə münasibətləri gərginləşən Rusiya mərhələli şəkildə bu ölkədən idxal etdiyi malların həcmini azaldır.

Aktual.az ölkə.az-a istinadən bildirir ki, hazırda Türkiyənin Rusiya bazarına çıxarılan mallardakı payı tarixi minimuma yaxınlaşıb.

Sitrus meyvələrinin idxalında Mərakeş və Misir Rusiya bazarını zəbt ediblər.

Kənd təsərrüfatı məhsulları, digər meyvə və tərəvəz növləri ilə Rusiya bazarını təmin etmək üçün MDB ölkələri də bu bazara öz ixracatlarını artırıblar. Hazırda Rusiyaya ixrac etdiyi kənd təsərrüfatı məhsullarının həcmini 4 dəfə artıran Azərbaycan bu bazara ən çox məhsul çıxaran 3-cü ölkə oldub. Dördüncü yeri Ermənistan, beşinci yeri isə Özbəkistan tutur.

Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR