Azərbaycan Rusiya peyvəndinin alınmasını nəzərdən keçirəcək

Azərbaycan Rusiya peyvəndinin alınmasını nəzərdən keçirəcək

Azərbaycan koronavirusa qarşı Rusiya istehsalı olan peyvəndi almaq imkanını nəzərdən keçirməyə hazırdır.
 
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər nazir Ceyhun Bayramov TASS-a müsahibəsində deyib.
 
"Peyvənd almaqda maraqlı olduğumuzdan "Sputnik V" peyvəndinin ilk növbədə ÜST tərəfindən tanınması üçün lazımi prosedurlar tamamlanan kimi bu sahədə rusiyalı həmkarlarımızın əməkdaşlıq təkliflərini nəzərdən keçirə bilərik", - deyə nazir bildirib.
 
XİN başçısı qeyd edib ki, Azərbaycan ÜST-ün üzvü kimi koronavirusla bağlı tövsiyə və müalicə metodlarına əməl edir.
Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR