Azərbaycan qaz ixracını artırdı

Azərbaycan qaz ixracını artırdı

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 2,459 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.

Aktual.az report-a istinadən bildirir ki, bu göstərici ötən ilin müvafiq dövründən 1,3% çoxdur.

Hesabat aylarında ixrac olunmuş qazın gömrük bəyannamələri əsasında həcmi 597,609 mln. kubmetr təşkil edib. Bu həcmdə qazın məbləği isə 95,413 mln. dollar olub. İxrac olunan qazın məbləği ötən ilin müvafiq dövründən 26% artıqdır. Bu ilin I rübündə təbii qazın ümumi ixracda payı isə 5,36% təşkil edib.

Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR