Azərbaycan prezidenti israilli həmkarını təbrik etdi

Azərbaycan prezidenti israilli həmkarını təbrik etdi

“İsrail xalqına sülh və rifah diləyirəm”.

Azərbaycan prezidenti İlham Əliyev israilli həmkarı Reuven Rivlini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Aktual.az  AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, ölkələrimiz arasında daim genişlənən dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. \

Belə bir xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh və rifah diləyirəm”.

Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR