Azərbaycan Prezidenti bu il dörd ölkəyə səfər edib

Azərbaycan Prezidenti bu il dörd ölkəyə səfər edib

"İl ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə, Almaniya, İtaliya və Müqəddəs Taxt-Taca rəsmi və işgüzar səfərlər həyata keçirib".
Aktual.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin 2020-ci ilin yekunlarına dair mətbuat buraxılışında öz əksini tapıb.
Məlumata görə, Azərbaycanın xarici işlər naziri il ərzində İsveçrə, Avstriya, Almaniya, Belçika, Türkiyə, Rusiya, Gürcüstan, ABŞ və İranda rəsmi və işgüzar səfərlərdə olub.
"Eyni zamanda, 2020-ci ildə Türkiyənin və Türkmənistanın Prezidentləri, həmçinin Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Rusiyanın xarici işlər nazirləri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər", - nazirlikdən bildirilib.
Xəbər 195 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR