Azərbaycan polisində qəribə qayda varmış: "Rəis gülürsə gülməliyik, ağlayırsa ağlamalıyıq"

Azərbaycan polisində qəribə qayda varmış:

“Mən həmkarlarımla qalmaqal etmək fikrim yoxdu. Sadəcə fikrimi demək istəyirəm. Özüm də polis obrazını canlandırmışam. Polislər məni yolda saxlayanda, hansısa bir məclisdə görəndə bir kəlmə belə demirlər. Əgər deyirlərsə, deməli , xoşagəlməz bir hal var”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında aktyor Müşviq Şahverdiyev söyləyib. Aktyor KVN-çilərə qoyulan qadağalara münasibət bildirib: “Məsələn, mən polis paltarı geyinmişdim, saçımın bir tərəfi ağ, digəri isə qara etmişdim. Məndən rütbəcə böyük zabit mənə zəng vururdu, “aniktot” danışırdı. Mən də onun danışıqlarına gülürdüm. Axırda dedim “a kişi, bu “anikdot”lar məni bezdirdi”. Mən kapitanamsa, onu dediklərinə gülməliyəm. Bu səhnədən sonra polislər məni görəndə deyirdilər ki, sən bunları hardan öyrənmisən? Bizdə də belədir. Rəis gülürsə gülməliyik, ağlayırsa ağlamalıyıq. Bu çox normal bir səhnədir.

Tənqiddən təhqirə keçmək düzgün deyil. Bu tək polis yox, bütün sahələrə aid etmək olar. İndi qarnına dubinka qoyan polislərimiz yoxdu. Bunlar 90-cı illərdə olub. Yolda saxlayan polislərin hamısı cavan uşaqlardı. Mən fikirləşirəm ki, həkimləri, polisləri və başqa sahədə çalışanları qıcıqlandırmaq lazım deyil. Onlar bizim səhnələrə baxıb qıcıqlanan da, əsəbləşəndə ,deməli, biz nəsə düzgün bir şey etməmişik. Bu kimi yumoristik səhnələri yaradanda belə şeylərə diqqət etməliyik”.
Xatırladaq ki, “Parni iz Baku” komandasının üzvləri-Azər Məmmədzadə, Bəhram Bağırzadə, Cabir İmanov və Tahir İmanov müsahibəsində kanal rəhbərlərinin onlara qadağa qoyduğunu, hətta bir neçə konsertlərinin efirdə yayımına icazə vermədiklərini qeyd edib. Tahir İmanov polislərlə bağlı kadrların daha çox “Gülüş yığması” layihəsinin “Hit-parad” rubrikasında olduğunu vurğulayıb. KVN-çi bildirib ki, “Space” telekanalının rəhbəri Vaqif Mustafayev başda olmaqla kanalın digər rəhbər şəxsləri onu görüşə dəvət edib və “polisləri tənqid etmək olmaz” cavabını veriblər. Məşhur aktyorla ATV-də də eyni problemlə üzləşdiklərini əlavə ediblər. Hətta onlara “Polisi, Vergilər Nazirliyini, Gömrük Komitəsini və FHN-ni tənqid etmək olmaz” xəbərdarlığını ediblər.

// Aktual.az

Xəbər 3769 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR