Azərbaycan Ordusunun şəhid olan çavuşu Tovuz rayonundandır, 2 övladı var

Azərbaycan Ordusunun şəhid olan çavuşu Tovuz rayonundandır, 2 övladı var

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu Elşən Əli Oğlu Məmmədov Tovuz rayon Qazıqulu kənd sakinidir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, o, ailəlidir və 2 azyaşlı övladı var.
Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.
Allah rəhmət eləsin!
Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR