Azərbaycan ordusunun dünya reytinqindəki yeri AÇIQLANDI

Azərbaycan ordusunun dünya reytinqindəki yeri   AÇIQLANDI

Dünyanın ən güclü ordularının builki reytinq cədvəli tərtib edilib.

Aktual.az  qafqazinfo-ya istinadən bildirir ki, ən güclü orduların yeni reytinqini Amerikanın "Global Fire Power" araşdırma mərkəzi açıqlayıb.

Hər il olduğu kimi bu il də siyahıda 126 ölkə yer alıb. Orduların gücü, şəxsi heyətin, ehtiyat qüvvələrinin sayı, malik olduqları silah arsenalı və s. amillərlə ölçülən reytinq cədvəlinin ilk onluğunda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, İngiltərə, Yaponiya, Türkiyə, Almaniya və İtaliya qərarlaşıb.

Dünyanın ən güclü orduları sırasına daxil olan Azərbaycan 60, Ermənistan isə 94-cü pillədə dayanıb.

Qeyd edək ki, ötənilki reytinq cədvəlində Azərbaycan döyüş gücünə görə 63, Ermənistan isə 74-cü pillədəydi.

Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR