“Azərbaycan onların cavabını verdi” Lukaşenko

“Azərbaycan onların cavabını verdi”  Lukaşenko

“Azərbaycan Avropa oyunlarının təşkilatı ilə öz səviyyəsini göstərdi və ona hücum edənlərin hamısının cavabını verdi”. 

Aktual.az ans press-ə istinadən xəbər verir ki, bunu "Bakı 2015"in təmtəraqlı açılış mərasimində iştirak edən Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O, Avropa Olimpiya Komitəsinin prezidenti Partik Hikki ilə görüşündə öz fikirlərini bildirib. Dövlət başçısı deyib ki, müasir cəmiyyətin inkişafı idmandan kənar ola bilməz. Bu, ancaq sağlamlıq deyil, həm də insanın əhval ruhiyyəsinə təsir edir.

“Azərbaycan öz səviyyəsini göstərdi. Bu normal inkişaf edən, sülhsevər, öz ölkəsi üçün yaxşı işlər görməyə çalışan gözəl rəhbər və prezidenti olan ölkədir. Buna görə də, onun istər tənqid et, istər etmə o öz ölkəsi, xalqı üçün, hətta bütün Avropa üçün çalışır. Tənqid isə hər zaman olacaq. Tənqid etmək, nə isə görmək həmişə asandır”.

Aktual.az

Xəbər 921 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR