Azərbaycan neftinin ilk hissəsi Belarusa çatdırılıb

Azərbaycan neftinin ilk hissəsi Belarusa çatdırılıb

Azərbaycan neftinin birinci eşalonu Belarusun Mozır Neft Emalı Zavoduna (NEZ) çatdırılıb.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bu barədə BELTA agentliyinə zavodun baş direktoru Sergey Krot bildirib.

S.Krot qeyd edib ki, Mozır zavodunda Azərbaycan neftinin emalına başlanılır: "Zavoda Azərbaycan nefti ilə yüklənmiş ilk dəmiryolu sisternləri gəlib”.

Qeyd edək ki, oktyabrın 19-da 84,7 min ton Azərbaycan nefti Supsa limanından Odessa limanına gətirilib. Odessada neft dəmiryolu sisternlərinə yüklənib və Ukrayna ərazisi ilə Mozır zavoduna göndərilib. 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - "SOCAR Trading” tərəfindən çatdırılıb.
 
 
Aktual.az 
Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR