Azərbaycan millisinin polo üzrə Avropa çempionatında möhtəşəm qələbəsi – FOTO

Azərbaycan millisinin polo üzrə Avropa çempionatında möhtəşəm qələbəsi –   FOTO
  • İDMAN

Son iki il ərzində paytaxtımız Bakıda Azərbaycan Respublikası Atçılıq Federasiyası və “Elite Horse and Polo Club”-un birgə təşkilatçılığı ilə iki tədbir baş tutdu.

Möhtəşəm keçirilmiş “Arena Polo World Cup Azerbaijan” tədbirlərindən sonra Beynəlxalq Polo Federasiyası dünyada bir ilk olan 1-ci FİP Arena Polo Avropa Çempionatının Azərbaycanda keçirilməsinə qərar verilmişdir. 

Aktual.az Oxu.az-a xəbər verir ki, Embawood şirkəti ötən il “Arena Polo World Cup Azerbaijan” tədbirinə sponsor olduğu kimi bu ildə 1-ci FİP Arena Polo Avropa Çempionatına sponsor olmuşdur.

Keçmiş iki il ərzində əldə olunmuş nailiyyətin nəticəsi olaraq bu il daha böyük tədbirin keçirilməsi məqsədi qoyulmuşdur.

Belə ki, 4-12 Sentyabr 2015-ci il tarixləri aralığında Almaniya, İrlandiya, İsveçrə, İtaliya, İspaniya və Azərbaycan komandaları olmaqla 6 kollektiv Birinci FİP Arena Polo Avropa Çempionatı Azərbaycan qalibi adı uğrunda mübarizə aparmışdır.

Milli Azərbaycan komandamız Almaniya komandası ilə finala cıxaraq 6:5 hesabı ilə qalib gələrək Avropa çempionu adına layiq görülüb. 

Embawood ailəsi komandamızı səmimi qəlbdən təbrik edərək uğurların davamını arzulayır.

Xəbər 619 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR